Saat:04:10
Haqqımızda

AZƏRBAYCANDA İKİ İNSTİTUT LƏĞV EDİLDİ - Əvəzində yeni qurum yaradıldı

2024-05-16 16:37:23

AZƏRBAYCANDA İKİ İNSTİTUT LƏĞV EDİLDİ - Əvəzində yeni qurum yaradıldı

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu (“Azdövsutəslayihə”) və “Azərsu” ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu ləğv edilib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.

Qərara əsasən, ləğv edilən institutlar birləşdirilərək “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” publik hüquqi şəxs yaradılıb.

“Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” publik hüquqi şəxs onların hüquqi varisi hesab edilib.

iqtisadiyyat.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.234042