Azərbaycanda hərbçi faciəli şəkildə öldü
2025-11-27 19:08:34
Goranboyda bədbəxt hadisə baş verib.
Hurriyyet.az unikal-a istinadla bildirir ki, hadisə rayonun Ağcakənd qəsəbəsində yerləşən N saylı hərbi hissədə qeydə alınıb.
Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin bölük komandiri, baş leytenant 1993-cü il təvəllüdlü Əzimli İsmayıl Elman oğlu hündür qayalıqdan yıxılıb. Baş leytenant aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Məlumata görə, hadisə 32 yaşlı hərbçinin xidmət etdiyi hərbi hissəsinin yaxınlığında olub.
Xatırladaq ki, baş leytenant 1993-cü il təvəllüdlü İsmayıl Əzimli bu gün doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılacaq.
Faktla bağlı Gəncə şəhər hərbi prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
