Azərbaycanda hərbçi bıçaqlandı

2021-11-26 09:52:00

Azərbaycanda hərbçi bıçaqlandı

Mingəçevirdə hərbçi bıçaqlanıb.

Hurriyyet.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə Energetiklər yaşayış massivində baş verib.

Səhər saatlarında 1999-cü il təvəllüdlü İsmayıl Farizarif oğlu Şirinov mübahisə zəmnində naməlum şəxs tərəfindən bıçaqlanıb. Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.

Bıçaqlanan şəxsin Müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) olduğu deyilir.