“Azərbaycanda hər hansı xarici dövlətin hərbi kontingenti mövcud deyil” - Politoloq
“Son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar. Azərbaycanda hər hansı ölkənin hərbi kontingenti mövcud deyil”.
Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov bildirib.
O əlavə edib ki, dezinformasiyanın təsiri altında “Iran International” televiziya kanalı, habelə “The Telegraph” nəşri və “Kan” agentliyi Azərbaycan barədə beynəlxalq jurnalistika standartları ilə bir araya sığmayan informasiya manipulyasiyası həyata keçirib:
"Guya İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə dezinformasiya yayıblar. Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil. Beləcə biz bir daha ölkəmizə qarşı informasiya müharibəsinin aparıldığına şahidlik edirik”. \\Ölkə.Az