Azərbaycanda hava yenidən soyuyacaq

2022-01-14 13:13:00

Azərbaycanda hava yenidən soyuyacaq

“Yanvarın 16-sı axşam saatlarında, 17-si gündüzədək ölkə ərazisindən növbəti soyuq atmosfer cəbhəsinin keçməsi proqnozlaşdırılır”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri  açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, bununla əlaqədar ölkə ərazisində yağıntılı hava şəraiti olacaq: “Prosesin intensivliyi haqqında daha dəqiq məlumat yaxın günlərdə veriləcək”