Azərbaycanda güclü partlayış: Ölən var

2022-05-26 10:07:00

Azərbaycanda güclü partlayış: Ölən var

Gəncə şəhərində beş mərtəbəli binada yanğın baş verib. Hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsi, bina 9, mənzil 20-də (ümümi sahəsi 70 kvadratmetr olan 3 otaqlı mənzildə) baş verib.

Hurriyyet.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və 8 yanğınsöndürən maşını cəlb olunub.

Yanğın söndürüldükdən sonra hadisə yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Yaşar Rəhimovun meyiti aşkarlanıb. Yanğının qaz sızmasından yaranmış partlayış nəticəsində baş verdiyi bildirilir. 


 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya