Azərbaycanda general oğlunun ölkədən çıxışına "stop” qoyulub? - Özü danışdı - FOTO

2023-01-24 15:06:00

Azərbaycanda general oğlunun ölkədən çıxışına

Ötən gün Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlunun ölkədən çıxışına "stop” qoyulması ilə bağlı xəbər yayıldı.

Bildirilir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nağıyev Vüqar Ramiz oğlunun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi vergi borcu yaranıb. Borc qaytarılmadığından onun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.

Araşdırmaya görə, Vüqar Nağıyevin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə 23 min 440 manat 97 qəpik vergi borcu var.

Məsələ ilə bağlı Vüqar Nağıyev Bakupost.az –a açıqlama verib.

O, yayılan xəbərlərin yalan olduğunu qeyd edib:

“Düzdür, hazırda məhkəmədə olan işim var, amma ölkədən çıxışıma qadağa qoyulması yalandır”.

V. Nağıyev redaksiyamıza çıxışına qadağa qoyulmadığını əks etdirən fotoları təqdim edib:


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000087