Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
2024-12-20 11:55:01
.jpg)
Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini - Qərargah rəisi general-leytenant Fazil Ağalarov vəzifəsindən azad edilib.
Hurriyyet.az xəbər verir ki, general Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
General-leytenantın yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidovdur.
Fazil Ağalarov uzun illər sabiq komandan general-polkovnik Kərəm Mustafayevin də müavini işləyib.
qafqazinfo.az
