Saat:03:46
Haqqımızda

Azərbaycanda gənc oğlan öldürüldü

2022-01-28 11:30:00

Azərbaycanda gənc oğlan öldürüldü

Cəlilabadda gənc oğlan qətlə yetirilib.

Rayon Prokurorluğundan Hurriyyet.az-a verilən əmlumata görə, Cəlilabad rayonu Uzuntəpə kənd sakini 25 yaşlı Mirzəxan Gəncəliyevin yanvarın 22-də aldığı xəsarətlər nəticəsində yanvarın 27-də xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərəçəkmişin qonşusu Həzrət Əliyevin şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı bıçaqla Mirzəxan Gəncəliyevə xəsarətlər yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Həzrət Əliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR