"Azərbaycanda futbol var ki, onu da idarə edəsən?!" - Millət vəkili

2022-07-29 23:05:00

Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev səhhəti ilə əlaqədar vəzifəsindən istefa verib.

Hurriyyet.az xəbər verir ki , məsələ ilə bağlı Yeniavaz.com-a danışan Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, R. Musayevin istefa verməsini istəmir:

“İstəməzdim istefa versin. Ramin futbolu çox gözəl bilir. Yaxşı da işləyir, o niyə istefa versin ki?! Ramin Musayevin səhhətinə nolub ki?! Maşallah, cavan oğlandır, özü də idmançıdır, keçmiş polis işçisidir, “zakalka”sı var. Bəlkə, AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - red.) məcbur eləyib ona görə, ola bilər”.

A. Abbas R. Musayevi kimin əvəz edəcəyi barədə isə bunları dedi:

“Bilmirəm. Elə Ramindən başqa heç kim. Azərbaycanda futbol var ki, onu da idarə edəsən?! Kimisə, özlərinin bir adamını qoyacaqlar, əlaltı eləyəcəklər. Ramini əlaltı edə bilməyiblər. Nə bilim, tapıb qoyacaqlar da, o qədər adam var ki”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056062