Saat:19:12
Haqqımızda

Azərbaycanda evlənən və boşananların sayı azaldı

2025-12-12 13:35:21

Azərbaycanda evlənən və boşananların sayı azaldı

Bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 40739 nikah və 17254 boşanma halı qeydə alınıb.

Hurriyyet.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında əksini tapıb. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.