Azərbaycanda ətin qiyməti nə qədər ucuzlaşacaq? - AÇIQLAMA

2022-06-23 10:18:00

Azərbaycanda ətin qiyməti nə qədər ucuzlaşacaq? - AÇIQLAMA

Azərbaycanda ətin qiyməti ucuzlaşacaq. Buna səbəb Kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması qaydasına dəyişiklik edilib.

Hurriyyet.az BAKU.WS-ə istinadən xəbər verir ki, heyvan sahiblərinin identikləşdirilmə üçün bir heyvan üçün tələb olunan xərclərinin azaldılması təmin edilb. Yalnız şəhadətnamə veriləcək və baytarlıq pasportunun alınması tələb olunmayacaq. Bununla bağlı Baş nazir qərar imzalayıb.

Ekspertlər hesab edir ki, bu yeniliklər heyvan ətinin maya dəyərinin azalmasına səbəb olacaq. İqtisadçı-ekspert Xalid Kərimli İTV-yə bildirib ki, xərclərin aşağı düşməsi qiymətlərə eyni qədər təsir göstərəcək: "Çünki fermerlər ciddi surətdə xərc artımı ilə üzləşmişdi. İndiki qərar müəyyən qədər qiymətlərin aşağı düşməsinə səbəb olacaq".

Ətraflı süjetdə izləyə bilərsiniz:

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya