“Azərbaycanda ən ucuz xidmət sahəsi vəkillik xidmətidir”
.jpg)
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Mehman Muradlının “Yeni Sabah”a müsahibəsi:
- Bu gün Azərbaycanda insanların hüquqların müdafiə ilə bağlı vəkillik institutu, lazım olan tələblərə cavab verirmi?
- 5 il əvvəlki dövrlə müqayisə etsək, bu gün Azərbaycan vəkilliyi yetərincə inkişaf edib. Digər məsələlər istisna olmaqla cinayət tərkibli işlərdə Azərbaycan vəkili vətəndaşlarının müdafiəsini yetərincə yerinə yetirir.
Əvvəllər Avropa Məhkəməsi cinayət işləri ilə bağlı məsələlərdə sırf şəxsin müdafiə hüququnun pozuntusu ilə əlaqədar Azərbaycana qarşı qərarlar qəbul edirdi. Lakin son illərdə müdafiə hüququnun pozuntusu ilə bağlı bir dənə iş olmayıb ki, orada şəxsin belə pozuntular baş versin.
Bu gün Azərbaycan vəkilliyi bu sahədə çiçəklənən dövrünü yaşayır. Hətta onu Türkiyə, Gürcüstan, Rusiya vəkilliyi ilə müqayisə etmək olmaz. Çünki Azərbaycandakı vəkillik institutu qısa müddət ərzində bu inkişaf yolunu keçdi.
- Vəkil xidmətlərinin qiyməti insanların gəlirlərinə uyğundurmu? Bəzən deyilir ki, vəkillərin xidməthaqqı həddən artıq yüksəkdir. Siz bu fikirlərlə razılaşırsınızmı?
- Xeyr, mən bu fikirlə qətiyyən razılaşmıram. Bu gün ən ucuz xidmət sahəsi vəkillik xidmətidir. Çünki oturub bir cild işi oxumaq, o cilddən çıxarışlar etmək, eləcə də orada prosessual pozuntuları aşkar etmək çətindir.
Hakim imtahanları hansı formadadırsa, vəkilliklə bağlı imtahanlar da o formadadır. Vəkil olmaq üçün sən 3 mərhələli imtahandan keçməlisən. Əvvəl DİM xətti ilə yazılı imtahan verirsən, sonra şifahi, daha sonra bəzi hallarda səni icbari təlimə göndərirlər və icbari təlim bitəndən sonra yenidən imtahan verirsən.
Bütün bunları nəzərə alsaq, görürük ki, vəkilin başqa qazanc yolu yoxdur, o, sadəcə göstərdiyi xidmətin haqqını alır. Bu gün vəkilləri aşağı səviyyəyə salmaq olmaz. Elə işlər var ki, müddəti artıq ili keçib. Məndə də belə işlər çoxdur və bu işlərin illərinin keçməsi ilə yanaşı birinci instansiyada yekun məhkəmə aktı qəbul olunmayıb.
Yəni mən burada o işi oxumağı nəzərdə tuturam, fiziki tərəfini heç demirəm. Amma əksər insanlar fikirləşir ki, vəkil nə edir? Onlara başa sala bilmirsən ki, biz JEK arayışı yazmırıq. Biz yazdığımızın altına imza atıb onu müdafiə edirik. Bir dəfə məhkəmə zalına girib çıxmaq insanın nə qədər enerjisini aparır. Bilirsiniz?
- Bu gün insanlar problemlərinin həlli üçün vəkillərə daha çox müraciət edirmi, yoxsa alternativ variantlara üstünlük verirlər?
- Bununla bağlı Vəkillər Kollegiyası dəfələrlə təbdirlər görüb. Hətta bu il Heydər Əliyevin 100 illiyi ilə bağlı pulsuz hüquqi yardımlar göstərib. Maarifləndirmə işləri bu sahədə aparılır. Tək Bakıda yox, regionlarda da bu işlər aparılır.
Məsələn, bu gün Naxçıvan Muxtar Respublikasında cəmi 30-a yaxın vəkil var. Lakin kollegiya rəhbərliyinin bu gün prioritet olaraq qarşısına qoyduğu məsələlərdən biri budur ki, Naxçıvanda vəkillərin sayı çoxalsın.
Naxçıvan illərlə qapalı yer olduğu üçün məhkəmələrə müraciət çox aşağı səviyyədə olub. Naxçıvan Ali Məhkəməsinin baxdığı işlərin statistikasına baxsaq, bunu görərik. Keçən ilin statistikasına nəzərə yetirəndə görürük ki, Naxçıvan Ali Məhkəməsinə cəmi 18 müraciət daxil olub. Bu aya heç 2 iş etmir.
- Vətəndaşların hüquqi savadlılığı hansı səviyyədədir?
- Hüquqi savadlılığa gəldikdə burada təməl savadlılıqdan söhbət gedə bilər. İnsanların vəkilə müraciət etmək hüququnu ona necə başa salasan ki, sənin problemin varsa, vəkilə müraciət et. Bu yaxınlarda Mülki Prosessual Məcəlləyə də dəyişiklik oldu. Bu cənab Prezidentin vəkillərə inamından irəli gələn məsələlərdir ki, mülki işlər üzrə aztəminatlı ailələr birinci instansiyadan tutmuş axıra qədər dövlət hesabına vəkillə təmin olunacaq. Əslində, bunlar məhkəmə işlərinin keyfiyyətinə gətirib çıxarıb. Yəni vəkilin iştirakı məhkəmənin keyfiyyətinin artırılmasına hesablanıb. Bu da faktiki olaraq Avropa Məhkəməsi tərəfindən Azərbaycana qarşı qəbul olunan qərarların qarşısını artırır.
Bu, insanların məhkəməyə inamını artırır. Məhkəmə qərarları isə elə bir formada olmalıdır ki, kimsə uduzanda qərara baxıb anlasın ki, o bu məsələdə həqiqətən də səhv olub.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya