Saat:01:31
Haqqımızda

Azərbaycanda Emin Ağalarova məxsus olan şirkətə cərimə yazıldı

2024-04-16 11:01:47

Azərbaycanda Emin Ağalarova məxsus olan şirkətə cərimə yazıldı

"Nardaran İnvest" MMC-yə inzibati protokol yazılıb.

Hurriyyet.az xəbər verir ki, pravda.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatındadır.

Qeyd: Şirkət Bakıda “Sea Breeze” istirahət zonasının ərazisində yaşayış binaları inşa edir. MMC Xalq artisti Emin Ağalarova məxsusdur.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000273