Azərbaycanda əmək pensiyasının minimum məbləği artırılır - BU TARİXDƏN

2023-01-21 14:05:00

Azərbaycanda əmək pensiyasının minimum məbləği artırılır - BU TARİXDƏN

Azərbaycanda əmək pensiyasının minimum məbləği artırılır.

Hurriyyet.az-ın xəbərinə görə, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisə daxil olub.

Layihəyə əsasən, əmək pensiyasının minimum məbləği 40 manat artırılaraq 240 manatdan 280 manata çatdırılır.

Qanun layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi əvvəlcə parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə ediləcək. Fevralın 1-də Milli Məclisin yaz sessiyası çərçivəsində keçiriləcək ilk iclasının gündəliyinə daxil ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli sərəncama əsasən, Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Prezidentinə təqdim etmək tapşırılmışdı. (qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.176488