Azərbaycanda elektromobillərin sayı artır: gələn ildən vəziyyət dəyişəcək

2022-11-17 15:43:00

Azərbaycanda elektromobillərin sayı artır: gələn ildən vəziyyət dəyişəcək

2022-ci ildən Azərbaycana idxal edilən yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin (elektromobil) sayında ciddi artım müşahidə edilir. 

Hurriyyet.az xəbər verir ki, bu ilin ilk 10 ayı ərzində ölkəmizə 368 ədəd elektomobil idxal olunub. İdxal edilən elektromobillərə ümumilikdə 12,746 milyon dollar xərclənib. Bir elektromobilin orta qiyməti 34 636 dollar olub. 

2022-ci ilin 10 ayında idxal edilən elektromobillərin sayı ötən ilin bütün dövrü ərzində idxalın sayından 2 dəfədən də çox olub. 2021-ci ildə Azərbaycana 160 ədəd elektromobil gətirilib və bunun üçün 3,463 milyon dollar ödənilib.

Xatırladaq ki, elektromobil idxalı 2020-ci ildə 167 ədəd (idxal dəyəri 8,33 milyon dollar), 2019-cu ildə 132 ədəd (888,24 min dollar), 2018-ci ildə 66 ədəd (440,74 min dollar) olub. 

Gələn ildən Azərbaycana elektomobil idxalında daha böyük artım gözlənilir. Çünki gələn ildən elektromobillərin idxalı zamanı gömrük rüsumu da ödənilməyəcək. 

Beləliklə, gələn ildən istehsal tarixindəndən 3 il və daha az müddət ötən elektromobil idxal edən şəxslər ƏDV ilə yanaşı gömrük rüsumu da verməyəcək. Bu güzəştlər Azərbaycana elektromobil idxalını daha əlverişli edəcək. 

sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.215669