Saat:02:49
Haqqımızda

Azərbaycanda əhali 9 ayda 1,1 milyard manatlıq dərman alıb

2025-10-13 16:19:47

Azərbaycanda əhali 9 ayda 1,1 milyard manatlıq dərman alıb

2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 139,1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

 

Əhali ötən ay benzin və dizelə - 332 MİILYON MANAT XƏRCLƏYİB

Azərbaycanda əhali bu il 46,4 milyard manatlıq alış-veriş edib.

Hurriyyet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-sentyabr ayına nisbətən 21,5% çoxdur.

Bu ilin 9 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 2,4% faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Təkcə sentyabr ayı ərzində əhali 143,6 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıb.