Saat:04:19
Haqqımızda

Azərbaycanda dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısına dəyişiklik edildi

2024-04-23 13:25:03

Azərbaycanda dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısına dəyişiklik edildi

Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısına dəyişiklik edilir. 

Hurriyyet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirədən sonra “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” qanuna müvafiq dəyişikliklər edilib.

Layihəyə görə, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr siyahısından Dekstrometorfan və Buprenorfin çıxarılıb. Bu maddələr Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr sırasına daxil edilib.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.202679