Saat:07:22
Haqqımızda

Azərbaycanda dollar bahalaşa bilərmi?

2023-03-07 21:36:00

Azərbaycanda dollar bahalaşa bilərmi?

Nağd pul dövriyyəsində ABŞ dollarının çatışmazlığı Afrika və Asiya dövlətləri də daxil olmaqla, dünyanın bir sıra ölkələrində maliyyə böhranının güclənməsinə səbəb olub. Belə ki, dünyanın ən həssas inkişaf etməkdə olan iqtisadiyyatlarından bəziləri böyük böhranla üzləşib.

Bəs bu böhranın Azərbaycana hər hansısa təsiri ola bilərmi? Yaxın zamanlarda Azərbaycanda dolların məzənnəsində hansı dəyişikliklər olacaq? Bahalaşma yaxud ucuzlaşma gözlənilirmi?

Mövzu ilə bağlı iqtisadçı Elçin Süleymanov "Margin.az"a bildirib ki, Azərbaycanın xarici valyuta ehtiyatı kifayət qədərdir:

"Mərkəzi Bankın rezervləri 9 milyard dolları ötüb. Dövlət Neft Fondunda da strateji valyuta ehtiyatı 50 milyard dollar civarındadır. Təxminən 60 milyard dollara yaxın strateji valyuta ehtiyatı olan bir ölkədə ciddi bir iqtisadi dalğalanma olmasa dolların məzənnəsi dəyişməz. Yaxın zamanlarda, neft qiymətlərinin də normal seyirdə davam etdiyi bir vaxtda dolların məzənnəsində ciddi bir dalğalanma gözlənilmir".

İqtisadçının sözlərinə görə, Mərkəzi Bankın valyuta ehtiyatlarında yanvara nisbətən fevralda cüzi - təxminən 20 milyon dollarlıq azalma olub: "Bu da vətəndaşlarımızın yanvar ayında Yeni il tətili zamanı xarici ölkələrə səfəri ilə əlaqədardır. Ümumi olaraq isə banklar kifayət qədər dolları Mərkəzi Bankın keçirdiyi hərraclarda alırlar. Demək olar ki, son 1 ildə bankların dollar tələbinin qarşılanmadığı bir hal olmayıb.

Azərbaycanda iqtisadi mənzərə COVID-19-dan sonra dirçəlməyə davam edir. Ümumi Daxili Məhsul (ÜDM) istehsalı artır, Qarabağdakı quruculuq və bərpa işləri də iqtisadiyyatın digər sahələrinə müsbət təsir göstərir.

Dünyada COVID-19 zamanı müşahidə edilən daralma, eyni zamanda Rusiya-Ukrayna müharibəsi zamanı yaranan iqtisadi dalğalanmalar ölkəmiz üçün ciddi risk sayılmır. Düşünürəm ki, neft qiymətləri bu istiqamətdə davam edərsə, böyük transmilli şirkətlərlə yeni layihələrin həyata keçirilməsi baş verərsə Azərbaycan iqtisadiyyatı daha sağlam təməllə inkişafa davam edər". 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.206308