Azərbaycanda din xadimi işləmək istəyənlərin dini ali və orta təhsili olmalıdır
2022-05-24 12:54:00
Azərbaycanda İslam dininə aid ibadat yerlərində və ziyarətgahlarda din xadimi kimi fəaliyyət göstərmək üçün dini ali və orta ixtisas təhsil olmalıdır.
Hurriyyet.az xəbər verir ki,bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Gündüz İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, din xadimləri təyin etmək üçün müsahibə və attestasiya komissiyaları yaradılıb və dib xadiimi işləmək üçün tələblər müəyyən edilib.
