Saat:07:12
Haqqımızda

Azərbaycanda dəhşətli QƏZA - Xəsarət alanlar VAR!

2025-05-22 22:42:09

Azərbaycanda dəhşətli QƏZA - Xəsarət alanlar VAR!

Siyəzəndə avtomobil aşıb, bir ailənin 4 üzvü xəsarət alıb

Bakı-Quba magistral yolunun Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Siyəzən rayon sakini, 39 yaşlı Samir Əkbərovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili yolun ortasındakı dəmir arakəsmələrə çırpılıb və aşıb.

Qəza nəticəsində sürücü və onun ailə üzvləri - 35 yaşlı həyat yoldaşı Rəvanə Əkbərova, 16 yaşlı qızı və 10 yaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı DYP tərəfindən araşdırma aparılır.\\APA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.193077