Azərbaycanda daha bir bayram günü iş olmayacaq
2025-12-03 19:56:57
Bayram günlərinə daha bir gün əlavə edilir.
Hurriyyet.Az xəbər verir ki, bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.
Sənədə əsasən, hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü qeyd ediləcək və qeyri-iş günü hesab olunacaq. İş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilir.
