Saat:04:31
Haqqımızda

Azərbaycanda da heyvanlar klonlaşdırılacaq? - İnstitut direktoru danışdı

2024-02-01 16:13:13

Azərbaycanda da heyvanlar klonlaşdırılacaq? - İnstitut direktoru danışdı

Dünyanın bir çox qabağçıl ölkələrində heyvanların klonlaşdırılması ilə bağlı ilk təcrübələr var.

Son olaraq çinli mütəxəssislərdə ölkənin cənub-qərbindəki Tibet dağlarında yaşayan nəsli kəsilməkdə olan Zhangmu və Apeijiaza mal cinslərindən olan öküzləri uğurla klonlaşdırıblar.

"Bu, Tibet mal-qarasının dünyada ilk uğurlu klonlaşdırılması oldu", - deyə məlumatda qeyd edilir.

Bu cinslərin kiçik sürüləri Çin Xalq Respublikasının Tibet Muxtar Bölgəsində dəniz səviyyəsindən təxminən 3,5 min m yüksəklikdə Qinghai-Tibet yaylasında saxlanılır. Bundan əvvəl Çin mediası ildə 18 ton süd verməyə qadir olan yüksək məhsuldar Holştein cins inəklərin klonlandığını elan etmişdi.

Maraqlıdır, Azərbaycanda bu qəbildən hansısa təcrübə həyata keçirilirmi?

AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov “Cebhe.info”-ya bildirib ki, mövcüd vəziyyətə uyğun olaraq ölkəmizdə heyvanların klonlaşdırılması gözlənilmir:

“Klonlaşdırma geniş sürətdə çox zaman tətbiq olunmur. Klonlaşdırma ilk dəfə İngiltərədə tətbiq edilib. Mən öz gözümlə Hindistanda klonlaşdırma prosesinin necə həyata keçirildiyini görmüşəm. Geniş miqyasda klonlaşdırma həyata keçirilmir. Çünki çox zaman müəyyən xırda səhvlər bütün prosesə zərər verə bilər”.

Həmsöhbətimiz ölkəmizdə klonlaşdırılmanın tətbiq oluna biləcəyinin mümkünlüyündən danışıb:

“Biz xaricdə gedən prosesləri izləyirik. Lakin heyvanların klonlaşdırılmasını deyil, başqa lazım olan zəruri texnologiyaları da izləyib ölkəmizdə tətbiq etməyə çalışırıq. Ölkəmizə mütəxəsislər dəvət edirik və əməkdaşlıq edirik. Daha çox müəyyən genetik xəstəlikləri müalicə etməyə çalışırıq. Lakin hazırda ölkəmizdə heyvanların klonlaşdırılması gözlənilmir. Amma ölkəmizin bütün imkanları, potensialı var”.

Həmsöhbətimizə bu məsələ ilə bağlı digər aidiyyəti qurumlara müraciətlə bağlı bildirib ki, müraciətlər daha çox gündəmdə olan irsi və genetik xəstəliklərlə bağlı olur:

“Heyvanlarla bağlı müəyyən məsələri müzakirəyə çıxarmağa çalışırıq. Onların həlli üçün əlimizdən gələni edirik. Lakin heyvanların klonlaşdırılmasının ölkəmizdə tətbiq olunması üçün müraciət olunmayıb”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.224778