Saat:00:58
Haqqımızda

Azərbaycanda bu qurum bağlanır?

2025-11-28 22:17:13

Azərbaycanda bu qurum bağlanır?

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bağlanacağı barədə xəbələr yayılıb.

Maliyyə Nazirliyinin bu qurumu maliyyələşdirməkdən imtina edəcəyi iddia olunur. Məlumata görə, hökumət mərkəzin fəaliyyətindən razı deyil.

Hurriyyet.Az xəbər verir ki, məsələ ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zənurə Talıbova “Yeni Sabah”ın sorğusuna cavab olaraq, əvvəlcə, rəhbərliklə danışıb suala münasibət bildirəcəyini deyib.

Bir qədər sonra isə sorğuya cavab verməyəcəklərini bildiriblər.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı əsasında, aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqəsdi ilə yaradılıb.

Mərkəzin bağlanacağı barədə informasiyanı “Günün səsi” yayıb.