Azərbaycanda bu məhsulların qiyməti xeyli bahalaşıb - VİDEO

2022-04-25 09:06:00

Azərbaycanda bu məhsulların qiyməti xeyli bahalaşıb - VİDEO

Son zamanlar ərzaq məhsulları ilə yanaşı, qeyri- qidaların qiymətində də artım müşahidə olunur.

Alıcılar iddia edirlər ki, marketlərdə yuyucu tozlar, qabyuyan mayelər, antipersperant vasitələrdən balşayaraq ən kiçik əl sabununa qədər qiymətlərdə artım var.

Hurriyyet.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, bahalaşmanı təsdiqləyən satıcıların bir qismi qiymət artımının səbəbini Ukraynada davam edən müharibə ilə əlaqələndirir, bir qismi isə məhsulu sadəcə anbardan baha aldıqlarını deyirlər.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində bir çox qida və qeyri-qida məhsullarının idxalında yaranan problemlər nəticəsində qiymətlərində artım müşahidə olunur.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya