Azərbaycanda bu gündən pəhriz çörəkləri də bahalaşıb - BELƏ HARA GEDİRİK?

2022-08-25 15:51:00

Azərbaycanda bu gündən pəhriz çörəkləri də bahalaşıb - BELƏ HARA GEDİRİK?

Azərbaycanda pəhriz çörəklərinin də qiyməti bahalaşıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a bu barədə alıcılar məlumat veriblər. Alıcı Aygün Bünyadzadə Sputnik Azərbaycan-a bildirib ki, hər zaman 85 qəpiyə aldığı çörəyin qiyməti bu gün 95 qəpik olub: "Azadlıq prospektində yerləşən "Araz" marketlər şəbəkəsinin administratoru mənə bildirdi ki, bu gündən bütün növ çörəklərin qiyməti artıb. Administrator dedi ki, hələ ki, təkcə lavaşın qiyməti bahalaşmayıb".
Alıcı bildirib ki, hər zaman 85 qəpiyə aldığı "Borodino" çörəyini bu gün 95 qəpiyə alıb.
Sputnik Azərbaycan ölkəmizdə pəhriz çörəyi istehsalçısı olan "N1" çörək zavodu ilə əlaqə saxlayıb. Zavoddan bahalaşmanı təsdiqləyiblər. Bildirilib ki, "Borodino" çörəyinin zavod tərəfindən satışı 90 qəpik olub. Əvvəl isə zavod çörəyi mağazalara 80 qəpiyə satıb.

Zavoddan bildirdilər ki, çovdar çörəyi də bahalaşıb: "Biz pəhriz çörəklərinin tərkibinə əla növ un və çovdar unu qatırıq. Xammal bahalaşdığı üçün pəhriz çörəkləri də bahalaşıb. Ona görə də biz qiyməti 10 qəpik bahalaşdırmışıq".
Məlumat üçün bildirək ki, avqustun 19-da ölkədə unun və çörəyin qiyməti bahalaşsa da, qablaşdırılmış pəhriz çörəkləri bahalaşmamışdı.
Qeyd edək ki, avqustun 19-da 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat olub. Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061946