Azərbaycanda bu bank BAĞLANIR

2022-06-03 19:12:00

Azərbaycanda bu bank BAĞLANIR

Pakistan Milli Bankı Bakı filialını ləğv etmək qərarına gəlib.

Hurriyyet.az xəbər verir ki, Bu barədə Bankın mərkəzi ofisindən bildirilib.

Məlumata görə, Bank Almata və Düşənbədə yerləşən iki törəmə müəssisəsi ilə yanaşı, Bakı, Bişkek və Aşkabadda yerləşən üç filialın bağlanmasına da qərar verib. Bununla bağlı Pakistan Milli Bankının İdarə Heyəti Pakistanın Maliyyə Nazirliyi və Dövlət Bankından lazımi icazələrin alınması üçün müraciət edib.

Bundan əlavə, Əfqanıstan və Banqladeşdəki ölkə əməliyyatlarının müvafiq olaraq Kabil və Dəkkədə yerləşən hər ölkə üzrə yalnız bir filialla məhdudlaşdırılması qərara alınıb.

Pakistan Milli Bankı İdarə Heyəti bundan əvvəl 2022-ci ilin yanvarın 17-də Paris filialının bağlanmasını təsdiqləmişdi.

Məsələ ilə bağlı Pakistan Milli Bankının Bakı Filialından “APA-Economics” bildirilib ki, Filialın bağlanması ilə bağlı hələlik hər hansı bir qərar verilməyib. Bununla belə, hazırda bank əməliyyatları dayandırılıb.

Qeyd edək ki, Bankın Bakı Filialı artıq bir neçə ildir ki, zərər açıqlayır. Filialın audit olunmuş hesabatına əsasən 2021-ci il üzrə xalis zərəri 400 min manat təşkil edib.

Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya