Azərbaycanda böyük bir mafiya var - Turizmin inkişafına imkan vermirlər - Millət vəkili

2022-06-28 12:43:00

Azərbaycanda böyük bir mafiya var - Turizmin inkişafına imkan vermirlər - Millət vəkili

Bölgələrdə rayon daxilində marşrut problemləri var. Bəzi kəndlərdən rayon mərkəzinə avtobus işləmədiyinə, yaxud bərbad vəziyyətdə olduğuna görə sakinlər taksilərdən istifadə etmək məcburiyyətində qalırlar. Həmin avtobusların bəzilərinin istismar müddəti bitib, bəziləri texniki cəhətdən nasazdır, amma buna baxmayaraq, onlar xəttə buraxılır.

Eyni zamanda köhnə avtobuslarla, qeyri-peşəkar xidmət göstərilir. Həmçinin dağ rayonlarında, kəndlərində avtobusların yenilənməməsi müxtəlif vaxtlarda qəzalara səbəb olur. Xüsusilə dağ kəndlərinin yollarını nəzərə alsaq hələ ki, qənaətbəxş deyillər.

Nəzərə alsaq ki, bu gün ölkəmizə gələn turistlərin əksəriyyəti bölgərimizə səfər etdiyi zaman bu cür problemlərlə qarşılarşırlar, bu ölkəmiz üçün xoşagələn hal deyil. Bir sözlə, problem paytaxt Bakı daxil olmaqla, bölgələrdə də aktual olaraq qalmaqdadır.

Bəs çıxış yolu nədir? Niyə məsləyə ciddi yanaşılmır?

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa Bakupost.az -a bildirib ki, bələdiyyələrin ölü vəziyyətdə olması bütün sahələrə təsir edir:

“Kəndarası marşurutların işləməməsi bilavasitə bələdiyyələrin problemi olmalıdır. Lakin bələdiyyələrin ölü vəziyyətində olması hər sahəyə, yəni, tikintidən tutmuş nəqliyyat sahəsinə qədər təsir edir. Bələdiyyə bu funksiyanı üzərinə götürə bilməyəndə, dövlət ayrıca bunu üzərinə götürmək istəmir. Çünki burada büdcədən vəsait ayrılmalıdır. Büdcədən ayrılan vəsait də dərhal korrupsionerlər tərəfindən mənimsənilir. Bu demək olar ki, bütün sahələrə, mədəniyyət, təhsil, nəqliyyata aiddir. Dövlət büdccəsi hansı sahəyə bilavasitə ayrılırsa, o vəsait mənimsənilir. Bu məsələ bələdiyyə mövzusunu bir daha gündəmə gətirir. Yeni bələdiyyə seçkisi keçirib, bələdiyyələri formalaşdırmaq lazımdır ki, bələdiyyə həm işləyə bilsin, həm də pul qazana bilsin. Bələdiyyələr pul qazanandan sonra konkret olaraq vətəndaşa ən yaxın əlçatan qurum oduğuna görə bu sahədə işlər görə bilər”.

Hurriyyet.az-ın məlumatına görə, F.Mustafa qeyd edib ki, Tərtərdən Bərdəyə getmək üçün müəyyən dərəcədə marşrutlara ehtiyac var:

“Əhalinin çoxu taksilə gedə bilmir. Bu marşrutları sıxışdırıb qadağan etmək, vətəndaşı əziyyətə salır və taksi xidmətinə yönəldir. Maşını olmayan vətəndaşlar bundan çox əziyyət çəkir. Bütün bölgələrdə də demək olar ki, eyni vəziyyətdir”.

Millət vəkili turizmlə bağlı problemlərə də diqqət çəkib:

“Azərbaycanda turizmin inkişafına mane olan böyük bir mafiya var. Turizm inhisardadır. Hər hansı şəkildə ölkəmizə turist gəlməsinə mane olurlar. Novruz bayramında sərhədlər bağlı olsa da, təyyarə ilə gələ bilərdilər. Amma həmin vaxt 3000 iranlı turist Ermənistana gedib, amma bizim ölkəmizə bir nəfər də gəlməyib. Halbuki, Novruz bizim bayramdır və mental olaraq onlar bizə daha yaxındılar. Eyni zamanda Gürcüstana və bizə gələn turistləri də müqayisə etsək görəcəyik. Burada da dövlətin ayırdığı vəsaitlərin mənimsənilməsi prosesi gedir. Ona görə də turizmin inkişafına ayrıca maraq yoxdur. Diqqət etsək, Türkiyənin büdcəsi müzakirə olunanda birinci turizmdən əldə olunan gəlirlər müzakirə olunur. Bizdə isə büdcədə ümumiyyətlə, bu məsələ də müzakirə olunmur. Budur çətinlik və problem. Ona görə bunun qarşısını almaq üçün heç bir mexanizm yoxdur”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.070463