Saat:11:33
Haqqımızda

Azərbaycanda birinci sinif şagirdi koronavirusdan ölüb? TƏBİB AÇIQLADI

2021-10-19 13:17:00

Azərbaycanda birinci sinif şagirdi koronavirusdan ölüb? TƏBİB AÇIQLADI

Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.

R.Quliyevin koronavirusa yoluxduğu barədə xəbər yayılıb. Təhsil aldığı məktəbin rəhbərliyi isə buna rəsmi münasibət bildirməyib.

Hurriyyet.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, şagird koronavirusdan vəfat etməyib:

“K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan bildirilib ki, Renat Quliyev MisC xəstəliyindən vəfat edib. O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR