Saat:22:10
Haqqımızda

Azərbaycanda BİABIRÇILIQ: Arvadına əsəbiləşib nələr etdi - Yüksək çinli məmurlar işə qarışdı

2022-08-10 19:25:00

Azərbaycanda BİABIRÇILIQ: Arvadına əsəbiləşib nələr etdi - Yüksək çinli məmurlar işə qarışdı

Ötən gün Yevlax şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsinin yeni təfərrüatı məlum olub.

Hurriyyet.az bildirir ki, Oxu.az-a danışan hadisə şahidləri iddia edirlər ki, yanğına 1977-ci il təvəllüdlü Murad Əliyev səbəb olub.

Onların sözlərinə görə, daim sərxoş vəziyyətdə olan Murad Əliyevin həyat yoldaşı ilə mütəmadi olaraq ailə-məişət zəminində münaqişələri olub. Onun həyat yoldaşı bu hala artıq dözə bilmədiyindən evi tərk edib. Bundan daha da hiddətlənən Murad Əliyevin avqustun 9-u saat 18 radələrində yenə içkili vəziyyətdə evə gəldiyi və qəsdlə evi yandırdığı iddia edilir.

Bundan sonra yanğın bütün binaya yayılıb. Qonşular evlərindən heç bir əşya çıxara bilmədiklərini deyirlər. 300-dən çox sakin yanan binadan təxliyə edilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR