Azərbaycanda baş verən meşə yanğınlarının səbəbləri açıqlandı

2022-08-25 10:50:00

Azərbaycanda baş verən meşə yanğınlarının səbəbləri açıqlandı

Aparılmış araşdırmalar və müşahidələr onu deməyə əsas verir ki, ölkəmizdə meşə yanğınları əsasən antropogen amillərin təsirindən baş verir.

Hurriyyet.az xəbər verir ki, bunu Trend-ə Dövlət Yanğın Nəzarəti Xidmətinin, dövlət yanğın nəzarəti işinin təşkili şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyev deyib.

Onun sözlərinə görə, meşə və meşəətrafı yaşayış məntəqələrində, əkin sahələrində, istirahət və digər məqsədlər üçün meşələrə üz tutan vətəndaşların yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi, odla ehtiyatsızlığı, qadağan edilmiş qanunsuz odun kömürü istehsalı məqsədilə ocaqxanaların təşkili və çox təəssüfki qəsdən törədilmiş yanğınlar meşələrdə yanğınların baş verməsilə nəticələnir.

"Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Xidmətin rəhbərliyinin müvafiq əmri əsasında meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilmiş yoxlamalar və araşdırmalar nəticəsində meşə və meşəətrafı ərazilərdə qanunsuz odun kömürü istehsalı məqsədilə təşkil edilmiş ocaqxanalar aşkar edilib", - C.Xudiyev deyib.

Şöbə rəisinin bildirib ki, 2021-ci ildə 23 ədəd, 2022-ci ildə isə 9 ədəd qanunsuz ocaqxana fəaliyyəti aşkar edilib.

"Eyni zamanda 2022-ci ilin ötən dövrü ərzində aparılmış məqsədyönlü araşdırmalar zamanı 6 ünvanda ərazilərin qəsdən yandırılması faktları aşkar edilmiş, həmin şəxslər barəsində müvafiq tədbirlər görülərək toplanmış materiallar aidiyyəti üzrə məsələyə hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına göndərilib", - deyə şöbə rəisi qeyd edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.097061