Saat:04:24
Haqqımızda

Azərbaycanda baş məşqçi hakimi döydü - ANBAAN VİDEO

2024-03-29 00:14:35

Azərbaycanda baş məşqçi hakimi döydü - ANBAAN VİDEO

Sosial şəbəkələrdə Azərbaycan futbolunda baş məşqçinin hakimi döyməsi və onu təhqir etməsi ilə bağlı video yayımlanıb.

Hurriyyet.Az Publika.az-a istinadla xəbər verir ki, kiçik araşdırmamızdan sonra hadisənin AFFA U-13 Liqasında baş verdiyi məlum olub. "Azəri" komandasının baş məşqçisi Elşən Əliyev "Turan Tovuz"la matçda referiyə qarşı nalayiq hərəkətlər edib. Onun bu davranışı cəzasız qalmayıb. Əliyevin futbolla bağlı hər hansı fəaliyyətinə bir il müddətinə qadağa qoyulub. Bu barədə federasiyanın İntizam Komitəsi qərar qəbul edib.

Görüş yarımçıq dayandırıldığı üçün "Azəri"yə 0:3 hesablı texniki məğlubiyyət də verilib.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.270067