Azərbaycanda “AvtoVAZ”ın satışı DAYANDI

2022-06-01 20:59:00

Azərbaycanda “AvtoVAZ”ın satışı DAYANDI

Azərbaycanda yeni “Lada” modellərinin satışı dayanıb.

Bu markanın Azərbaycanda rəsmi təmsilçisi “Xəzər-Lada”nın satışları aprel ayından etibarən dayanıb. Səbəb kimi Rusiyada istehsalın dayanması və buna görə də Azərbaycana yeni modellərin gətirilməməsi göstərilir.

“Xəzər-Lada”nın rəhbərliyi sözügedən məlumatı təsdiqləsə də, satışların dayanmadığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl şirkətdən verilən açıqlamada iyun ayına qədər bütün sifarişlərin “AvtoVAZ” tərəfindən qəbul edildiyi bildirilmişdi.

Xatırladaq ki, bu ilin birinci rübündə Azərbaycanda 268 yeni “Lada” satılıb. Rusiya avtomobilin markası bu göstərici ilə ən çox satılan avtomobillər siyahısında dördüncü olub.\\APA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya