Saat:21:39
Haqqımızda

Azərbaycanda avtomobildə başlanan yanğın evi alovlandırdı - VİDEO

2025-04-14 15:16:31

Azərbaycanda avtomobildə başlanan yanğın evi alovlandırdı - VİDEO

Mingəçevir şəhərində minik avtomobilində başlanan yanğın fərdi yaşayış evinə sıçrayıb.

Hurriyyet.az report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir Tərəvəzçilik yaşayış massivi, Bahar küçəsi 17 ünvanında qeydə alınıb.

Ev sahibəsi Qənirə Kərimova bildirib ki, əvvəlcə həyətdə olan "Opel" markalı avtomobil yanıb. Daha sonra alov 3 otaqlı evə keçib. Yanğında ev əşyaları da yanıb.

Hadisə zamanı o, qızı və nəvələri ilə evdə olublar. Ailə pəncərələrdən çıxaraq xilas olublar.

Olayda yaralanan olmayıb. Yanğın hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.311349