Azərbaycanda ali təhsil 2,5 ilə endirilə bilər?

2022-04-20 14:46:00

Azərbaycanda ali təhsil 2,5 ilə endirilə bilər?

Qazaxıstan keçmiş MDB ölkələri arasında təhsil islahatlarına görə ilk sırada durur. Bu, dünyanın aparcı təhsil sistemlərinə yaxınlaşmaq üçün ciddi bir addımdır. Azərbaycanda da bu təklif illərdir irəli sürülür. Dünyanın aparıcı təhsil sistemlərində də bakalavr təhsili 2-2,5 ildir.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov Qazaxıstanda ali təhsilin bakalavr pilləsinin 4 ildən 2.5 ilə endirilməsilə bağlı pilot layihənin artıq tətbiq edilməsini şərh edərkən deyib.

O bildirib ki, Qazaxıstanın bu addımı kolleclərin ayrıca bir müəssisə kimi deyil, ali təhsilin 1-ci səviyyəsi kimi olacağını göstərir:

“Bu sistemin müsbət tərəfi ondan ibarətdir ki, kolleclərə ehtiyac qalmayacaq”.

E.Qafarovun sözlərinə görə, kolleclər dövlət büdcəsinə böyük yükdür:

“Ümumiyyətlə, kollec sistemindən canımız qurtulmalıdır. Azərbaycandan fərqli olaraq, dünyanın aparıcı təhsil sistemində 2 illik kollec təhsil sistemi yoxdur. Kollec müəsisələri orta ixtisas kadrları hazırlayır. 2017-ci ildən ölkəmizdə kolleclərin ləğv edilməsi və binalarının ali təhsil müəsisələrinə verilməsi barədə təklif irəli sürmüşük”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya