Saat:01:23
Haqqımızda

Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir? - AÇIQLAMA

2024-08-16 22:06:15

Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir? - AÇIQLAMA

"İki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək”. Bəzi xəbər saytları yazır ki, bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN Radio”ya müsahibəsində deyib.

M.Abbaszadənin adından bildirilir ki, gələn ilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər: "Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.

DİM Direktorlar Şurasının sədri adından o da vurğulanır ki, hazırda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır: "Yeni modellər düşünmüşük. Dəyişiklikləri, qərarlaşdırdığımız modeli  sentyabr ayında ictimaiyyətə təqdim etməyi düşünürük. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir”.  

Qeyd edək ki, "Hürriyyət" yayılan informasiya ilə bağlı Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, sözügedən məlumat həqiqəti əks etdirmir, Məleykə Abbaszadə test imtahanının ləğv olunacağı ilə bağlı hər hansı fikir bildirməyib.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.193651