Saat:21:32
Haqqımızda

Azərbaycanda AĞIR QƏZA: 10-a yaxın avtomobil toqquşdu – YARALILAR VAR SON DƏQİQƏ

2022-01-20 14:36:00

Azərbaycanda AĞIR QƏZA: 10-a yaxın avtomobil toqquşdu – YARALILAR VAR SON DƏQİQƏ

Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisindən keçən yollarda bir neçə avtomobil qəzası baş verib.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, bu ərazilərə yağan güclü qar, həmçinin duman və buz səbəbindən 10-a yaxın nəqliyyat vasitəsi sürüşərək bir-biri ilə toqquşub, yoldan çıxaraq aşıb, ağaca çırpılıb.

Onlarla avtomobil hərəkət edə bilmədiyi üçün yolda qalıb, sürücülər və sərnişinlər yolların təmizlənməsini gözləyirlər. Şamaxı şəhəri ərazisində “NİVA” və “Mercedes Vita” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yolların qardan təmizlənməsi işləri görülsə də, qar yağmaqda davam edir, nəqliyyatın hərəkəti yenidən çətinləşir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR