Azərbaycanda 4 yeniyetmə həmyaşıdını alçaldıb görüntüsünü Tik-Tok-da paylaşdı - Polis hərəkətə keçdi - VİDEO
2022-04-28 10:36:00

Sosial şəbəkədə xoşagəlməz görüntülər yayılıb.
Hurriyyet.az BAKU.WS-a istinadla xəbər verir ki, Tik-Tok-da paylaşılan videoda göründüyü kimi 4 yeniyetmə oğlan bir nəfəri təkləyib. Onun şərəf və ləyaqətini alçaldırlar və bunu telefonla çəkirlər.
Onlar oğlandan üzr istəməsini tələb edirlər. Daha sonra gənclərdən biri həmin oğlana yumruq atır.
Hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirildi ki, məsələ araşdırılacaq və ətraflı məlumat veriləcək.
Qeyd edək ki, video aşağıda təqdim etdiyimiz Tik-Tok səhifəsində paylaşılıb və bir müddət sonra silinib.
Həmin görüntüləri təqdim edirik:
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya