Azərbaycana qarşı vuruşmuş erməni hərbçilərinin şəkilləri yandırıldı

2022-06-13 17:11:00

Azərbaycana qarşı vuruşmuş erməni hərbçilərinin şəkilləri yandırıldı

Ermənistanın Şirak (Qonaqgirən) rayonunda naməlum şəxslər Veteranlar İttifaqının binasına daxil olaraq aprel döyüşlərində və 44 günlük müharibədə həlak olan erməni əsgərlərinin xatirəsini ləkələyiblər.

Hurriyyet.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə informasiyanı ictimai xadim Karapet Poqosyan öz Facebook səhifəsində yazıb.

“Ermənistanda müqəddəslik günün tələbinə çevrilib. İndicə mənə xəbər gəldi ki, gecə saatlarında Artik Veteranlar İttifaqının binasına “küçə adamları” daxil olub, əmlaka ziyan vurub, aprel və 44 günlük müharibə iştirakçılarının fotoşəkillərini yandırıblar”, - deyə Poqosyan qeyd edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya