“Azərbaycana qarşı “qida terroru” tətbiq olunur” – RƏŞAD RZA
"Xarici dövlətlərdən kütləvi şəkildə gələn qidaların tərkibində kodlaşdırılmış maddələr olur”
“Bu qidalar xüsusi olaraq türk-müsəlman dövlətlərində balansın pozulması vasitəsilə kişiliyin aşağı salınmasına, qadınlarda testesteronun qaldırılmasına kodlaşdırılıb”
Ölkəmizdə narkotik istifadə edərək cinayət törədən, eləcə də bu maddənin təsiri altında avtomobil idarə edən şəxslərin sayı günbəgün artır. Əvvəllər bu haqda məlumatlara sadəcə mediada rast gəlirdiksə, artıq sərnişin, yaxud piyada olaraq küçələrdə narkotikin təsiri altında səndələyən insanlar hər birimizin qarşımıza çıxır.
Bir sözlə, narkotik cəmiyyətdə cinayətkarlığa sövq etmədə birbaşa təhrikedici amil rolunu oynayır. İndi o vəziyyətə gəlmişik ki, cəmiyyətin sağlam hissəsi belə özünü təhlükəsiz hesab etmir. Çünki kimsə hansısa narkotik istifadəçisinin törədə biləcəyi gözlənilməz qəzadan, yaxud cinayətdən sığortalanmayıb.
Bəs narkomaniyaya meylin yaranmasında ailə travmaları, işsizlik və s. faktorlarla yanaşı, yararsız qidanın da rolu varmı? Ümumiyyətlə, qida təhlükəsizliyi psixologiyanın korlanması, zərərli meyllərin meydana çıxmasına nə qədər təsir göstərir? Bu və digər suallara ekspert Rəşad Rza ilə söhbətimizdə cavab tapmağa çalışdıq.
- Rəşad bəy, sizcə, narkomaniya cəmiyyətdə ictimai təhlükəsizliyi necə zədələyir? Bu zərər hansı sferaları hədəf alır, hansı təbəqəyə yönəlib?
- Narkotik əsasən gənclərə yönəlib. Qonşu dövlətlərdə, məsələn Türkiyədə narkomaniya məktəb yaşına qədər enib. Amma şükürlər olsun ki, bizdə o dərəcəyə qədər enməyib. Bizdə universitet dönəmindən üzüyuxarı başlayır.
-Bu zərər özünü necə göstərir? Nələri sıradan çıxarır?
- Ümumiyyətlə, insanda şəxsiyyət formalaşmasına əngəl olur. Psixoloji pozuntular yaradır. Şizofreniyaya aparıb çıxarır. Əgər hansısa bir hadisə fərd olaraq yaranırsa, bir müddətdən sonra cəmiyyəti əhatə edir. Əgər bu gün bir nəfər şəxsiyyət pozuntusu yaşayırsa, bu kütləviləşərsə, artıq cəmiyyətdə pozuntuya gətirib çıxarır. Necə ki, qeyrət hissi. Qeyrət hissi şəxslərdə olur. Bir də ümumilikdə millətin qeyrəti, milli qeyrət. Eləcə də əgər bir şəxs narkomandırsa, bu kütləviləşsə, həmin cəmiyyət narkomandır. Necə ki, Azərbaycanda 90-cı illərdən sonra pozulmalar ümumi cəmiyyətin pozulmasına gətirib çıxardı. Yəni cəmiyyət xəstələnir.
- Rəsmi statistikaya görə, ölkəmizdə rəsmi qeydiyyatda olan 40490 nəfər narkotik istifadəçisi var. Amma qeyri-rəsmi rəqəmlərə görə, bu say 400 min nəfər civarındadır. Siz az öncə kütləviləşməyə toxundunuz. Necə düşünürsünüz, bizdə narkomaniya kütləviləşməyib?
- Təbii ki, kütləviləşib. Məsələn, bir kəndi götürək. Əgər ortada olan adamların 90%-i narkomandırsa, deməli, bu kütləviləşib, böyük problem var. Və yaxud, əxlaqsızlıq, zina kütləviləşibsə, artıq cəmiyyət xəstədir. Bu artıq fərdlərin xəstəliyi deyil, cəmiyyətin xəstəliyidir.
- Bəzən belə təəssürat yaranır ki, xəstələr daha çoxdur, sağlam adamlar azlıqdadır.
-Bəli, alkoqolizm, zina və narkomaniya xəstəliyin əsas istiqamətləridir, çox yayılıb.
- Narkotiklərin zərəri barədə təbiğat aparılır. Bu təbliğatı yetərli hesab edirsinizmi? Təbliğata rəğmən narkotik narkomaniyanın dayanmaması nəyin nəticəsidir?
- Təbliğat azdır. Bir xəstəliyə qarşı verilən dərman ona qarşı təsir edəcək gücdə, daha böyük dozada olmalıdır ki, təsir göstərsin. Əgər bu dərman zəifdirsə, təbii ki, xəstəliyin qarşısını ala bilməyəcəyik. Təbliğat, maarifləndirmə işi çox zəifdir. Maarifləndirmə işin köklü tərəfidir. Hər şey buradan başlayır. İş məktəblərdən başlamalıdır. Hətta əxlaq məsələsi dərslik kimi salınmalıdır. Burada təcə narkomaniyadan söhbət getmir, alkoqolizm, zina, narkomaniya əxlaq məsələsidir. Ayrıca əxlaq dərsləri olmalıdır. Uşaq vaxtından onlara aşılanmalıdır, anladılmalıdır, dərk edilməlidir. Dərk edilmədikcə, zamanla əlini atıb istifadə edəcək.
-Yəni əvvəl indikindən daha əxlaqlı idik? Ona görə narkomaniya və s. bu qədər yayılmamışdı?
- Təbii ki. Əvvəl, SSRİ vaxtı dövlət qapalı idi. Qapalı olduğuna görə, müəyyən bir dəyərlər var idi. İndi hər şey açıqdır, ona görə bu şeylər rahat şəkildə yayılır.
- Rəşad bəy, indi internet imkanı var və əvvəlki kimi qapalı olmaq mümkün deyil.
- Yox, bu mümkün deyil, təbliğat güclü getməlidir. Belə deyək, şər qüvvənin önü nə qədər açılırsa, xeyir qüvvə də o qədər güclənməlidir. Təbliğat güclənməlidir, çalışılmaldır. Maarifləndirmə, danışmaq sadəcə bir yoldur. İkinci yol qida məsələsidir. Azərbaycana qarşı “qida terroru” tətbiq olunur. Qida terrorunun qarşısı alınmalıdır. Qidalarımıza olunan müdaxilələr təkcə narkomaniya ilə bağlı deyil. Genimizin dəyişilməsi birbaşa qidalarla bağlıdır.
- Qidaların dəyişilməsi insanımızın dəyişilməsinə gətirirsə, bu, birbaşa dövlət təhlükəsizliyimizə təhdidə gətirib çıxarır…
-Əlbəttə ki, bu milli təhlükəsizlik məsələsidir. Burda problem böyük miqyaslıdır. Kütləvi olaraq qidalara müdaxilələr mövcuddur. Qidaların tərkibində elə maddələr var ki, onlar nəinki narkomaniyaya, başqa məsələlərə, hətta intihara da gətirib çıxarır.
-Bir az konkretləşdirsək, hansı qidaları, onlara necə müdaxiləni nəzərdə tutursunuz?
- Xarici dövlətlərdən kütləvi şəkildə gələn qidaların tərkibində kodlaşdırılmış maddələr olur, hansı ki, bizə kodlarla bildirilir. Sıradan insanlar onu bilmirlər, E…kodu ilə. Bu kodlu maddələrin tərkibində hətta insan tükündən tutmuş, donuz tükündən tutmuş qatqılar olur. Onlar ilkin laborator analizlərdə ziyanlı şeylər kimi görünmür, amma mütəmadi istifadədə orqanizmdə ziyana gətirib çıxarır.
- Məsələn, hansı ziyanlara? Sadalaya bilərik?
- Genin dəyişməsinə - kişilərdə testesteronun, kişilik hormonunun aşağı düşməsi, qadınlarda isə kişilik hormonunun artmasına. Yəni hormonlarla oynayırlar.
- Asılılığın meydana gəlməsində qida faktorunun rolu varmı? Deyirlər ki, asılılıq beyin xəstəliyidir, beyin də insan orqanizmində yerləşir. Asılılıq da hansısa hormonun əskikliyindən tətiklənir. Burada qida faktoru mümkündür?
-Bəli, doğru buyurdunuz. Bayaq dediyim məsələ bir tərəfə, ikinci məsələ, insanlarda xoşbəxtlik hormonunun ifraz olunmamasıdır. Yəni bədəndə balansın pozulduğu, hormonların oynadığı zaman istər-istəməz xoşbəxtlik hormonu, enerji hormonu ifraz olunmur. Xoşbəxtlik hormonu ifraz olunmadığı zaman insanlar əlavə enerji içkilərinə doğru gedir. Əxlaqi baxımdan maariflənmiş insanlar narkotik tərəfə getmirlər, onlar məcburdurlar çatışmazlıqları enerji içkiləri, BAD-lar, qida əlavələri vasitəsilə təmin etsinlər. Amma kimdə maarifləndirmə aşağıdırsa, onlar narkotik tərəfə gedirlər. Zatən, belə adam narkotiki hansısa boşluğunu doldurmaq üçün istifadə edir ki, enerji alsın.
-Amma təkcə narkotik deyil ki. Məsələn, qumar bəlası da var, o da asılılıqdır…
- Qumar bir az psixoloji – maddi məsələdir. Bəzən maddi ehtiyacdan, bəzən isə psixoloji qalib gəlmək, üstələmək, eqonun üstün gəlmək istəyi, nasizm xəstəliyidir.
-Yəni psixologyanın pozulması məsələsində qidanın təsiri yoxdur?
- Dolayısı ilə təsir edə bilər. Burada əsas səbəb psixolojidir. Bunu da başqa cür işləyirlər-oyunlar, reklamlar vasitəsilə edirlər. Uşaqlara hansısa oyunlarda nasizmi, eqonu qabardırlar. İnsanlara qalib gəlmək, üstələmək, qazanmaq, daha çox mənimsəmək aşılanır. Oğurluq, qumar daha çox buradan qaynaqlanır. Və yaxud terrora meylli insanlar. Məsələn, terrora meylli insanları araşdırdığımız zaman görürük ki, demək olar, hamısında travma var. Ailələrində travma var, müəyyən psixi xəstəlikləri var. Qumar da elə şeydir. Burada həm maddi qazanmaq istəyi var, ehtiyacdan qoşulurlar buna, ikinci tərəfdən psixoloji çatışmamazlıqdır. Ona görə, bunların hamısını kompleks şəkildə müalicə etməkdən ötrü dini çözümlərlə, ilahi rituallarla dəstək də verilməlidir. Və yaxud da ki, qeyri-dini cəmiyyətlərdə güclü şəkildə maarifləndirmə ilə qabağı alına bilir.
- Sizcə, bəs qida məsələsini necə həll etməliyik? Bir neçə gün əvvəl kulinar Mübariz Vəliyevin çıxışlarını izlədim, söhbət təmiz kərə yağından, yağlara qatılan E…maddələrindən gedirdi. Mövuz yalnızca yağlarla bağlı idi. Hələ qalan məhsulları demirəm. Ona görə, asılılıq məsələsində qida faktoruna toxunmanızı xahiş etdim. O qidalar ölkəyə elə belə gəlmir ki, hamıs AQTA-dan yoxlamadan keçirilir. Nə edək ki, vəziyyəti düzəldək?
- Məsələn, dünya standartları var. Laboratoriyanı yaradan da özləridir, qida da özlərindədir, icazələr də özlərindədir – söhbət dünyadan, beynəlxalq aləmdən gedir. Dünya standartlarında hansısa icazə verilibsə, qanuniləşdirilibsə, vəssəlam. Deyək ki, ilk başda o E-lərdə heç bir təhlükə - parazit və s. yoxdur. Amma mütəmadi istifadədə təhlükə var. Mütəmadi istifadədə olan təhlükəni də heç bir qurum aşkarlaya bilmir. Onu hansısa ictimai birliklər və yaxud elmi araşdırmalar meydana çıxarsın, elm adamları məsələ qaldırsınlar, dövlətdə, Milli Məclisdə müzakirə olunsun, qanunlar dəyişsin, yeni qanunlar qəbul olunsun. Oyanan, fərqində olan cəmiyyətlərdə bunun qarşısı alınır. Amma fərqində olmayan cəmiyyətlərdə, hansında ki, proses yeni-yeni gedir, bunlar çox yayılmayıb... Tutaq ki, hansısa E maddəsidir, törətdiyi haların nəticəsi yoxdur deyə, ondan xəbərləri yoxdur. Nəticə olandan sonra insan oyanır, fərqində olur və onların qarşısını almağa başlayır. Bu şeyləri də biz işıqlandırırıq, deyirik ki, sağlam qidalanmaq lazımdır, deyirik ki, bu, “qida terror”dur. Amma danışıdğımız şeylər müəyyən zamandan, öz təsdiqini tapdıqdan sonra hərəkətə keçilir. Məsələn, deyirik ki, filan hadisədə belə cinayət ola bilər. Amma dövlət nə zaman hərəkətə keçir, cinayət hadisəsi törədildikdən sonra.
- Yəni cinayətlə nəticələnəndən sonra.
- Bəli, bundan sonra mexanizm başlayır işləməyə və qarşısı alınır. Nəticə olmamış deyilənlər sadəcə tezisdir.
- Aydındır, amma sizin də qeyd etdiyiniz kimi narkomanlığın, eləcə də digər zərərli vərdişlərə meylin artmasında qidalarımızda olan problemlərin böyük rolu var…
-Bəli, qida, qida - bunların mənbəyinin böyük hissəsi qidadır, psixolojidir. Qida ilə psixologiyanın paralel şəkildə böyük payı var.
- Sizə elə gəlmir ki, zərərli qidalar hormonlara təsir etdiyinə və həmin hormonlar da psixologiyanı təsir altına aldığına görə, burada təsir qarşılıqlıdır. Bizim psixologiyamızın formalaşmasında da qidaların rolunu dana bilmərik.
-Bəli, onlar bir-birinə bağlı məsələlərdir. Həm də burada psixologiyanı ailədə olan travmalar, atada-anadan olan travmalar, nəsildən gələn travmalar da korlayır.
- Elə həmin ata-analar da eyni şeylərlə qidalanırlar. Yerti gəlmişkən, son vaxtlarda cəmiyyətdə cinsi azlıqların sayının artmasını da qidalar tətikləyir…
- Qida üzrə xüsusi Orta Doğu siyasəti var. Qidalar xüsusi olaraq kodlaşdırılıb - türk-müsəlman dövlətlərində balansın pozulması vasitəsilə kişiliyin aşağı salınması, qadınlarda testesteronun qaldırılmasına. Zatən, bir tərəfdən də qadın-kişi bərabərliyi versiyaları həm qanun çərçivəsində təbliğat vasitəsilə aparılır, həm də digər tərəfdən qidalarla edirlər. Yəni real mexanizm işə salırlar. Görürük də cəmiyyətdə nə qədər balans pozulub. Məsələn, Türkiyə təcrübəsindən götürsək, baxırıq ki, qadınların çoxu kişi kimidir, gənc oğlanların çoxu qız kimidir. Bizdə o faizdə olmasa da, amma ora doğru gedir.
-Bəs E…maddələrin hansı qadınların kişiləşməsini, kişilərin də qadınlaşmasını tətikləyir?
-O üzrə mütəxəssis deyiləm, bu səbəbdən məlumatlı deyiləm. Amma məlumdur ki, xaricdən gələn paketli qidaların tərkibində bunlar var. Ona görə, biz alternativ olaraq insanları sağlam qidalanmaya çağırırıq. Qoy onların özləri hazırlasınlar. Hazır qidalara qaçmasınlar. Və yaxud da yerli istehsaldan istifadə etsinlər.
- Yerli istehsalda o maddələr vurulmayacaq?
- Hələ ki, vurulmur. Əgər xarici məhsullar boykot olunsa həmin maddələri bizə satacaqlar ki, istifadə edək. Necə ki, bizim meyvə-tərəvəzlərin genini dəyişdirdilər, QMO tingləri bizə satdılar. İnsanlar o tərəvəzləri əkməyə başladılar. Sonra bu nəticə verməyəndə başladılar o tingin dərmanını satmağa. 3-cü etapda insanlar köhnə yerli tərəvəzi əkəndə gördülər ki, yerli növ məhsul alınmadı. Yerli növlər əmələ gəlmir. Bunu başqa məhsullarda da edə bilərlər.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
