“Azərbaycana meymunçiçəyinə qarşı peyvəndin gətirilməsinə ehtiyac yoxdur” - Nazir

2022-06-17 14:00:00

“Azərbaycana meymunçiçəyinə qarşı peyvəndin gətirilməsinə ehtiyac yoxdur” - Nazir

“Meymunçiçəyinə qarşı mövcud olan peyvənd yalnız tək-tək Afrika ölkələrində qeydiyyatdan keçib. Hesab edirəm ki, ona görə də həmin peyvəndin kütləvi şəkildə Azərbaycana gətirilməsinə heç ehtiyac da yoxdur”.

Bunu açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda meymunçiçəyinin geniş şəkildə yayılmasına əsas yoxdur: “Uzun müddətdir ki, əhali planlı şəkildə peyvənd olunur. Digər çiçək növlərinə uyğun olaraq peyvəndlərin meymunçiçəyinə qarşı qarşılıqlı həssaslığı var”. (Report)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya