Saat:03:22
Haqqımızda

Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir?

2022-07-02 16:37:00

Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir?

Bu ilin ilk 5 ayı ərzində Azərbaycanın ümumi ixracı 15,4 milyard dollar olub və bunun 1,2 milyard dolları qeyri-neft sektorunun payına düşüb.

Hurriyyet.az Yeniavaz.com-a istinadən xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 280,6 milyon dollar və ya 30,9% artıb.

2022-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq (123,7 milyon dollar) birinci, pomidor (91 milyon dollar) ikinci, karbamid (84,1 milyon dollar) isə üçüncü olub.

Bu ilin ilk 5 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin ilk 10-luğu aşağıdakı kimi olub:

 

Şirkət

Rəhbəri

İxracın miqdarı

“MKT İstehsalat Kommersiya” MMC
(VÖEN- 9900008361)

Həsənov Rövşən

79,6 milyon dollar

“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi
(VÖEN- 9900047801)

Mohammad Reza

40,9 milyon dollar

“P-Aqro” MMC
(VÖEN-1404226851)

Əlizadə Azər

24,8 milyon dollar

“STP Alüminium” MMC
(VÖEN- 2906014721)

Əliyev Fərhad

17 milyon dollar

“Aqrovest” MMC
(VÖEN- 1403866861)

Aslanov Maarif

16,5 milyon dollar

“ZR-78 Company” MMC
(VÖEN-1102486011)

Gasanov Nasıb

15,8 milyon dollar

“Mors Trading” MMC
(VÖEN-1604639301)

Mehmet Savaş Uzan

14,5 milyon dollar

“Baku Steel Company” QSC
(VÖEN-1000062011)

Zeynalov Həmid

12,3 milyon dollar

“Ram Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC
(VÖEN- 1600030111)

Rzayev Ramiz

10,6 milyon dollar

“Azmet” QSC
(VÖEN - 6402897671)

İbrahimov Murad

10,6 milyon dollar

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR