Azərbaycan XİN Pakistana başsağlığı verib
2023-11-04 17:22:56

“Pakistanın Bəlucistan əyalətinin Qvadar bölgəsində 14 əsgərin həlak olması ilə nəticələnən dəhşətli terror aktını birmənalı şəkildə pisləyirik”.
Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
“Pakistan hökuməti və xalqı ilə həmrəyik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”, - paylaşımda bildirilib.
