Azərbaycan XİN-dən Xocalı soyqırımı ilə bağlı paylaşım - FOTO

2023-02-25 23:41:00

Azərbaycan XİN-dən Xocalı soyqırımı ilə bağlı paylaşım - FOTO

"Cinayətkarların cəzasızlığına son qoyulması və regionda davamlı sülhün bərqərar olması üçün ədalət zəfər çalmalıdır".

Hurriyyet.Az xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Xocalı soyıqrımının 31-ci ildönümü ilə bağlı tviter hesabındakı paylaşımında yer alıb.

“Ermənistanın təcavüzü zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 31-ci ildönümündə həlak olanların xatirəsini dərin hüznlə yad edirik. Cinayətkarların cəzasızlığına son qoyulması və regionda davamlı sülhün bərqərar olması üçün zəfər olmalıdır”, - XİN-in paylaşımında qeyd edilir.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.201823