Azərbaycan XİN ABŞ Dövlət Departamentinə cavab verdi

Hurriyyet.az xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi amerikalı həmkarı Ned Praysın Laçın yolu ilə bağlı sözlərinə cavab verib, ABŞ-ın erməni tərəfini öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və qanunsuz fəaliyyətini dayandırmağa çağırmasının daha doğru olacağını bildirib.
Ayxan Hacızadə “Tvitter” səhifəsində yazıb: “Hörmətli Dövlət Departamentinin sözçüsü, Azərbaycanın Qarabağ bölgəsinə 1000-dən çox avtomobilin yük daşıması sizin yanvarın 24-də dediklərinizin əksini sübut edir. Ermənistan tərəfini öz öhdəliklərini yerinə yetirməyə və qanunsuz fəaliyyətə son qoymağa çağırmaq yerinə düşərdi”.
Yanvarın 24-də ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Ned Prays brifinq zamanı Azərbaycanın “Laçın yolunu blokadaya salması” kimi qondarma iddia ilə çıxış edərək, "bunu dayandırmağa" çağırıb.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya