Azərbaycan Xankəndiyə qoşun yeridəcək - Ermənilər qorxuya düşüb

2023-09-06 12:29:37

Azərbaycan Xankəndiyə qoşun yeridəcək - Ermənilər qorxuya düşüb

Qondarma rejimin “təhlükəsizlik şurası”nın sabiq “katib”i Samvel Babayan və Ermənistanın Baş naziri Nikol Paşinyanın əlaltıları Xankəndidəki “seçkilər“ə etiraz olaraq aksiyalar keçirmək niyyətindədirlər. 

Hurriyyet.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşri iddia edir ki, aksiyalar zamanı iğtişaşların olması qaçılmazdır. 

Qəzetin məlumatına görə, rəsmi Bakı Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanınması ilə bağlı bəyanatına əsasən, öz ərazisində iğtişaşların qarşısını almaq üçün Xankəndiyə qoşun yeridə bilər. 

Xatırladaq ki, Araik Arutyunyanın “istefa”sından sonra separatçılar arasında vəziyyət getdikcə gərginləşib. Belə ki, Azərbaycanla danışıqlar tərəfdarı olan Arutyunyan və onun komandası ilə revanşist, rusiyalı filantrop Ruben Vardanyanın dəstəsi arasında “hakimiyyət” uğrunda gedən mübarizənin yeni mərhələsinə start verilib.

KİV əlavə edib ki, Arutyunyan “istefa” versə də, onun tərəfdarları və tanınmamış “DQR” “siyasi elita”sının bir sıra üzvləri sentyabrın 9-da keçirilməsi planlaşdırılan “prezident seçkiləri”ndə Vardanyanın əl-qolunu bağlamaq niyyətindədir. 

Qeyd edək ki, separatçıların yeni “rəhbər”inin hazırda qondarma “Artsax”ın “təhlükəsizlik şurası”nın “katib”i vəzifəsində çalışan Samvel Şahramanyanın olacağı iddia olunur. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.141951