Saat:12:03
Haqqımızda

Azərbaycan və Türkiyədəki siyasi islamçıların DİQQƏTİNƏ!

2023-11-01 13:59:07

Azərbaycan və Türkiyədəki siyasi islamçıların DİQQƏTİNƏ!

Xaqani Cəfərli: "Səudiyyə Ərəbistanında baş tutacaq "Riyad Sezonu 2023" adlı musiqi-eylencə festivalına ərəb dövlətlərindən daha çox tamaşaçı qatılacağını göstərən əlamətlər var"

"Azərbaycan və Türkiyədəki siyasi islamçılar Qəzza üçün göz yaşları tökdükləri, Türkiyədə hətta "Mehmetçik Qazzeye" tələbləri irəli sürüldüyü, Cümhuriyyətin 100 illiyi ilə bağlı keçirilməsi nəzərdə tutulan konsert və şənliklər təxirə salındığı bir zamanda Səudiyyə Ərəbistanında "Riyad Sezonu 2023" adlı dünyanın ən böyük musiqi-eylencə festivalı keçirilir". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli deyib. 

Politoloq bildirib ki, ötən il "Riyad Sezonu 2022" festivalını izləmək üçün Səudiyyə Ərəbistanına 125 ölkədən 11 milyon tamaşaçı gəlmişdi: "Bu dəfə tamaşaçı sayının daha çox olacağı gözlənilir. Ən azından ərəb dövlətlərindən daha çox tamaşaçı qatılacağını göstərən əlamətlər var. Belə ki, ərəb ölkələrindən Səudiyyə Ərəbistanına təyyarə üçuşlarının sayında artım müşahidə olunur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.588861