Saat:18:14
Haqqımızda

Azərbaycan və Türkiyə hərbi pilotları Bakıda birgə təlim uçuşları keçirdilər - VİDEO

2021-12-03 19:52:00

Azərbaycan və Türkiyə hərbi pilotları Bakıda birgə təlim uçuşları keçirdilər - VİDEO

Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan iki ədəd "Hürkuş” təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib.

 

Bu barədə Hurriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Dekabrın 3-də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü”ndə "Hürkuş" hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub.

 

Tədbirdə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, hərbi attaşe general-mayor Zekeriya Yalçın və başqaları iştirak ediblər.

 

"Hürkuş” təlim təyyarəsinin taktiki-texniki xüsusiyyətləri və iş prinsipi barədə brifinq təqdim olunub.

 

Sonra hər iki qardaş ölkənin hərbi pilotlarının ölkəmizin hava məkanında birgə nümayiş uçuşları icra edilib.

 

General-leytenant R.Tahirov pilotların hazırlığını yüksək qiymətləndirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR