Azərbaycan və Türkiyə elektron hökumət portallarını inteqrasiya edir - RƏSMİ

2022-08-30 18:53:00

Azərbaycan və Türkiyə elektron hökumət portallarını inteqrasiya edir - RƏSMİ

Sentyabrın 1-də Türkiyədə bu ölkənin "e-devlet" portalı ilə Azərbaycanın "e-gov" portalının intqrasiyasının təqdimatı olacaq.

Hurriyyet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

"İnteqrasiya Türkiyənin Rəqəmsal Transformasiya Ofisi ilə əməkdaşlıq çərçivəsində baş tutub. Bu o deməkdir ki, Azərbaycan vətəndaşı Türkiyəyə getdiyi zaman ondan hər hansı Azərbaycanın dövlət qurumunun verməli olduğu sənəd tələb olunursa, onu "e-devlet"dən və yaxud əksinə, Türkiyə vətəndaşından Azərbaycanda hansısa sənəd tələb olunsa, onu "e-gov"dan əldə edə biləcək", - deyə o qeyd edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059990