Azərbaycan və Serbiya prezidentlərinin müzakirə etdiyi məsələlər AÇIQLANDI

2022-11-23 17:14:00

Azərbaycan və Serbiya prezidentlərinin müzakirə etdiyi məsələlər AÇIQLANDI

Azərbaycan və Serbiya prezidentlərinin müzakirə etdiyi məsələlər açıqlanıb.

Hurriyyet.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Belqradda mətbuata bəyanatında bildirib.

"Bu gün ikitərəfli formatda bir çox beynəlxalq məsələlərə də toxunduq. Eyni zamanda regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Mənim dostum Aleksandar (Serbiya Prezidenti Aleksandar Vuçiç - red.) dediyi kimi, energetika sahəsindəki əməkdaşlığı müzakirə etdik və bu gün bu müzakirələr davam edəcək. Təbii qaz, elektrik enerjisi sahəsində əməkdaşlıq üçün yeni imkanlar var", - Prezident qeyd edib.

sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.098308